Bakıda ağır qəza baş verib (VİDEO)


11:26     05 Mart 2020 20_03_05_1583393268.jpg

Bakının Nərimanov rayonunda yol-nəqliyyat hadisəsi baş verib.




Femida.az xəbər verir ki, hadisə Ziya Bünyadov prospektində baş verib.

“Renault” markalı minik avtomobilini idarə edən sürücü minik avtomobilini Sənan Əsgərlinin hərəkətdə olan betonqarışdıran yük maşınına çırpıb.



Betonqarışdıran yük maşının sürücüsü Sənan Əsgərli kameramıza müsahibə verməkdən imtina etsə də, suallarımıza şifahi olaraq cavab verdi.

Daha sonra idarəetmədən çıxan minik maşını yol kənarında hərəkətsiz dayanan Eldar Bağırova məxsus “KamAz” markalı yük avtomobilinə çırpılıb. Qəza nəticəsində avtomobildə olan sərnişin 1986-ci il təvəllüdlü Cavid Mahmudov ağır xəsarət alıb.


Hadisə yerinə Nərimanov DYPŞ-nin əməkdaşları cəlb edilib.


Açar sözlər:

Oxunub: 1228