Vüsal Hüseynov: "Azərbaycanda 539 Çin vətəndaşı var"
11:59 05 Mart 2020
"Koronavirusla əlaqədar ölkəmizə gələn əcnəbilərin sayında azalma müşahidə olunur".
Femida.az xəbər verir ki, bunu Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi Vüsal Hüseynov YAP-ın İcra Katibliyində keçirilən mətbuat konfransında deyib.
O, Çin vətəndaşlarının ölkəyə gəlməsi məsələsinə də aydınlıq gətirib:
"Martın 3-nə olan rəqəmə görə ölkədə 539 Çin vətəndaşı var ki, onların 69-u fevralın 1-dən sonra gəlib. 2 aya yaxındır koronavirus təhlükəsi ilə bağlı, Çinə bütün aviareyslər məhdudlaşdırılıb. Həmçinin ölkəmizə gələn əcnəbilərin sayı azalıb, çünki elektron vizaların verilməsi məhdudlaşdırılıb. Ölkədə Çin vətəndaşları var. Onların ölkədə olma müddəti bitirsə, ölkəni tərk etməsi mümkün deyilsə, DMX tərəfindən vəziyyət nəzərə alınır".
DMX rəisi Azərbaycana suriyalı qaçqınların gəlməsi ilə bağlı heç bir müraciət olmadığını da bildirib.
Oxunub: 663
Oxşar xəbərlər
- Ukrayna Baş Qərargahı: “Rusiyanın daha 45 qanadlı raketi, 4 helikopteri vurulub”
- Zelenski: “Bir ayda Ukrayna ordusu İran istehsallı 233 “Şahed” PUA-sını məhv edib”
- Ceyhun Bayramov: “Müstəqilliyimizə dəstəyə görə qardaş Özbəkistana minnətdarıq”
- Nazirlik nümayəndəsi: “İndiyədək Xocavənddə 25 nəfərin meyitinin qalıqları aşkarlanıb”
- Ukrayna Baş Qərargahı: "Son sutkada Rusiyanın 44 tankı məhv edilib"
- BNA: "147 avtobusun hərəkət intervalında gecikmə var"
- Xanlar Vəliyev: “Ötən 8 ayda qeydə alınmış cinayətlərin 99 faizi açılıb”
- DİN: "Razılaşdırılmamış aksiyanın qarşısı alınacaq"
- Heydər Məmmədov: "Prokurorluqda israfçılığa yol verilməməsi üçün bir çox işlər görülüb"
- Azərbaycan XİN: "Ermənistan bölgədə vəziyyəti gərginləşdirmək istəyir"