Regionlarda bağlı ixtisaslaşmış mərkəzlər yaradılacaq


13:18     05 Mart 2020 xestexana5.jpg

"Regionlarda və Bakı şəhərində koronavirusla bağlı ixtisaslaşmış mərkəzlər yaradılacaq".



Femida.az-ın xəbərinə görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın üzvü, Baş İnfeksionist Cəlal İsayev bildirib. Onun sözlərinə görə, bu mərkəzlərdə insanlar xüsusi alqoritmlərlə yoxlanacaq: "Xəstəlik aşkar olunan şəxslər olarsa, onlar bu mərkəzlərdə karantinə alınıb müalicə ediləcəklər. Ümumiyyətlə, xəstəliyin kliniki əlamətləri kimdəsə aşkarlansa, onlar istər Bakıda, istərsə də regionlarda həkimə müraciət etməlidirlər".

Femida.az

Açar sözlər:

Oxunub: 534