Polis quyudan 1 kq heroin tapdı


15:02     05 Mart 2020 polis.jpg

Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Binəqədi rayonu ərazisində yerləşən körpüdəki quyudan 1 kiloqramdan artıq heroin aşkar edilərək götürülüb.

Daxili İşlər Nazirliyindən Femida.az-a verilən məlumata görə, davam etdirilən tədbirlərlə narkotik vasitəni oradan götürməyə gəlmiş Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş A.Vəliyev polis əməkdaşları tərəfindən saxlanılıb.

Şəxsi axtarış zamanı ondan 8800 ABŞ dolları götürülüb.

Femida.az

Açar sözlər:

Oxunub: 269