Polis iki rayonda əməliyyat keçirdi: Həbs olunanlarlar var


15:14     05 Mart 2020 1356524159_polis1_922155415.jpg

Lənkəran ŞRPŞ-yə müraciət edən Separadi kənd sakini D.İbadova fevralın 20-də saat 3 radələrində evinə girmiş bir nəfərin onu bıçaqla hədələyərək qızıl boyunbağısını və mobil telefonunu aldığını bildirib.

Daxili İşlər Nazirliyindən Femida.az-a verilən məlumata görə, Lənkəran ŞRPŞ və Nizami RPİ 23-cü PB əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Lənkəran şəhər sakinləri K.İsmayılov və R.Məcidzadə müəyyən edilərək saxlanılıblar.

Femida.az

Açar sözlər:

Oxunub: 539