BŞİH qadınların yürüşünə icazə verdi
15:36 05 Mart 2020
Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Gülnarə Mehdiyeva, Rəbiyyə Məmmədov və digər qadınların martın 8-də yürüş keçirilməsi ilə bağlı müraciətlərinə cavab verib.
Femida.az xəbər verir ki, icra hakimiyyətində qadınların müraciətinə baxılıb.
BŞİH təklif edilən yerin əhalinin daha sıx hərəkət etdiyi ərazi olduğundan, həmçinin burada çoxlu ictmai iaşə, ticarət, xidmət və əyləncə obyektləri yerləşdiyindən ictimai təhlükəsizlik baxımından kütləvi tədbirin keçirilməsi üçün məqsədəmüvafiq olmadığını bildirib.
Yürüşün keçirilməsi üçün alternativ yer olaraq martın 8-i saat 15.00-dan 16.00-dək Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 28 May küçəsi ilə Həzi Aslanov küçəsinin kəsişməsindən, Həzi Aslanov küçəsi ilə “Neftçi İdman Klubu” İctami Birliyinin Qaradağ təlim-idman bazasının yanından hərəkət etməklə 20 Yanvar boyunca 5-ci yaşayış massivi istiqamətində olan marşrut təklib olunub.
Femida.az
Oxunub: 762
Oxşar xəbərlər
- Nyu-Yorkda Zəfər avtoyürüşü zamanı ermənilər təxribat törətməyə cəhd edib
- Bakıda Zəfər yürüşü - VİDEO
- Bakının mərkəzi küçələrində hərəkət məhdudlaşdırılır
- "Qubadlıdan sonra biz zəfər yürüşümüzü şərəflə davam etdirdik" - Ali Baş Komandan
- Bakının azad olunması münasibətilə hərbi yürüş keçiriləcək
- Orduya dəstək yürüşündə saxlanılanlara şərti cəza verilməsi istənildi
- Ermənistanda Paşinyanın istefası tələbi ilə yürüş keçirilir
- İrəvanda Paşinyan əleyhinə yürüş keçiriləcək
- Laçının işğaldan azad olunması münasibətilə avtoyürüş keçirilib - Fotolar
- Ermənilər Rusiyanın Yerevandakı səfirliyi qarşısına yürüş edəcəklər