Sabirabad ailə, qadın və uşaq məsələləri ilə bağlı vətəndaşların qəbulu keçiriləcək


19:18     05 Mart 2020 20_03_05_1583413185.jpg


Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən, ölkəmizin bölgələrində nazir və komitə sədrləri, sədr müavinləri tərəfindən vətəndaşların qəbulu davam edir.

Femida.az xəbər verir ki, 13 mart 2020-ci il tarixində Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva saat 11:00-da Sabirabad rayonunda Heydər Əliyev Mərkəzində vətəndaşların qəbulunu keçirəcək. Qəbulda Sabirabad, Saatlı, Hacıqabul rayonlarının vətəndaşlarının ərizə, təklif və müraciətlərinə baxılacaq.

Femida.az

Açar sözlər: #ailə   #qadın   #qəbul  

Oxunub: 644