Prezident Goranboyda yol tikintisi üçün 5 milyon manat ayırdı


17:51     05 Mart 2020 2020/03/4a6eaafe-d187-4b1a-92e9-c42f5df9ca53_1583415031.jpg

Prezident İlham Əliyev Goranboy rayonunun Əlirzalı–Xan Qərvənd–Səfikürd–Tap Qaraqoyunlu avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.


Femida.az xəbər verir ki, sərəncamla otuz bir min nəfər əhalinin yaşadığı 8 yaşayış məntəqəsini birləşdirən Əlirzalı–Xan Qərvənd–Səfikürd–Tap Qaraqoyunlu avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ilkin olaraq 5,0 (beş) milyon manat ayrılıb.

Femida.az

Açar sözlər: #Goranboy   #yol   #sərəncam  

Oxunub: 738