Daşkəsəndə qumbara və partladıcı tapıldı
19:00 05 Mart 2020
Martın 5-i saat 12:43-də Daxili İşlər Nazirliyinin (DİN) ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Daşkəsən rayonu, mərkəzi stadionun yaxınlığında yerləşən məişət tullantıları ərazisində 3 ədəd əl qumbarasının tapılması barədə məlumat daxil olub.
ANAMA-dan Femida.az-a verilən məlumata görə, Agentliyin xüsusi mobil çevik əməliyyat və partladıcı axtaran xüsusi təlim keçmiş itlərdən ibarət kinoloji qrupları və Daşkəsən Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları dərhal həmin əraziyə göndərilib.
Agentliyin mütəxəssisləri və DaşkəsənRPŞ-nin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunan əraziyə baxış keçirilib.
Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polislər tərəfindən mühasirəyə alınıb.
Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 3 ədəd F-1 əl qumbarası və 3 ədəd UZRQM partladıcısı aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.
Əl qumbaraları və partladıcıların ətrafında 150 kv.m əraziyə yerüstü, 80 kv.m əraziyə isə yeraltı baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.
Femida.az
Oxunub: 797
Oxşar xəbərlər
- Daşkəsəndə dövlət müəssəsəsindən 37 min manatlıq oğurluq etmək istəyən dəstə saxlanılıb
- Daşkəsəndə 21 yaşlı oğlan itkin düşüb
- Daşkəsəndə narkotikin təsiri altında avtomobil idarə edən şəxs saxlanılıb
- Daşkəsəndə itkin düşənlər minaya düşüblər - DİN
- Daşkəsəndə yaşayış yerini tərk edən koronavirus xəstəsinə cinayət işi açılıb
- Daşkəsəndə 1 yaşlı körpə yanıq xəsarətləri alıb
- Daşkəsəndə avtomobil aşıb, xəsarət alan var
- Daşkəsəndə yaşlı kişinin meyiti aşkarlanıb
- Daşkəsəndə mal-qara oğruları saxlanılıb
- Daşkəsəndə həmyerlisinə balta ilə xəsarət yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb