Dünya liderləri Parisə toplandı


18:49     30 Noyabr 2015 4c37cf52-51c6-4663-9cf8-a6b805652c95_800.jpg

Fransanın paytaxtı Parisdə BMT-nin 21-ci İqlim Dəyişikliyi Konfransı öz işinə başlayıb.


Femida.az xəbər verir ki, dünyada gedən iqlim dəyişikliyini müzakirə etmək üçün 195 ölkədən 150-dən çox ölkə lideri Parisdə bir araya gəlib. COP21 üçün Parisə gedən ABŞ prezidenti terror hadisəsinin yaşandığı Bataklan Konsert Salonunu gecə saatlarında ziyarət edib.

Konfrans çərçivəsində Parisə 40 min qonağın gəlməsi nəzərdə tutulub. Dekabrın 11-də başa çatacaq konfrasda qonaqların təhlükəsizliyini 11 min polis qoruyacaq.

Liderlər dünyada istixana qazlarının azaldılması və iqlim dəyişikliyi ilə mübarizə çərçivəsində müzakirələr aparacaqlar.

Qeyd edək ki, beynəlxalq konfransda prezident İlham Əliyev də iştirak edəcək.

Açar sözlər:

Oxunub: 837