BŞBPİ-də yeni təyinat oldu


12:30     06 Mart 2020 bsp.jpg


Daxili İşlər Naziri, general-polkovnik Vilayət Eyvazov Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin vəzifəli şəxsi, polis polkovnik-leytenantı Tərlan Zeynalov vəzifəsindən azad edib.


Femida.az-ın xəbərinə görə, V.Eyvazovun əmri ilə Tərlan Zeynalov Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) Təhqiqat şöbəsinin rəisi təyin olunub.

BŞBPİ-nin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev “Report”a faktı təsdiqləyib.

Femida.az

Açar sözlər: #BŞBPİ   #polis   #Bakı  

Oxunub: 772