Axtarışda olan 46 nəfər saxlanılıb


14:32     06 Mart 2020 2020/01/din_esas_1578646645.jpg


Respublikanın daxili işlər orqanları ötən gün törədilmiş 27 cinayətin üstü “isti izlər”lə açıblar.


Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Femida.az-a verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalan 8 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 46 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 27 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 21 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 40 nəfər saxlanılıb.

Femida.az

Açar sözlər: #din   #polis  

Oxunub: 541