Tovuzdakı “ASAN xidmət” cəbhə bölgəsində yerləşən ilk mərkəzdir


14:45     06 Mart 2020 20_03_06_1583491637.jpg


Tovuz "ASAN xidmət" mərkəzi ilk mərkəzdir ki, cəbhə bölgəsində yerləşir.


Femida.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev deyib.
Agentlik sədri bildirib ki, Tovuz “ASAN Həyat” kompleksində Hərbi Vətənpərvərlik Mərkəzi istifadəyə verilib:

"Bu mərkəz Tovuzda və ətraf regionda yaşayan gənclərin hərbi-vətənpərvərlik ruhunun yüksəldilməsi, çağırışçı gənclərin ilkin hərbi hazırlığının artırılması üçün çox önəmlidir. Kompleksdəki Hərbi Vətənpərvərlik Mərkəzi gənclərin hərbi vətənpərvərlik ruhunda böyümələrinə imkan verəcək".



Femida.az

Açar sözlər: #ASANxidmət  

Oxunub: 692