343 nəfər Azərbaycan vətəndaşlığına keçmək üçün and içib
15:47 06 Mart 2020
Bu il fevralın 27-də Prezident İlham Əliyevin 343 nəfərin Azərbaycan Respublikasının vətəndaşlığına qəbul və bərpa edilməsi haqqında imzaladığı Sərəncamların icrası olaraq, Dövlət Miqrasiya Xidmətində (DMX) həmin şəxslərin təntənəli andiçmə mərasimi keçirilib.
Femida.az xəbər verir ki, Dövlət Miqrasiya Xidmətinin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov tədbir iştirakçılarını əlamətdar gün və qarşıdan gələn Novruz bayramı, xanımları Beynəlxalq qadınlar günü münasibətilə təbrik edib. Bildirib ki, müasir müstəqil Azərbaycanın tam hüquqlu vətəndaşı olmaq qürurvericidir. Prezident İlham Əliyev ölkə həyatının bütün sahələrini əhatə edən dinamik inkişafa, hər bir Azərbaycan ailəsinin rifahının yaxşılaşdırılmasına və təhlükəsizliyinin təmin edilməsinə, milli birliyin və həmrəyliyin möhkəmləndirilməsinə, ölkəmizin maraqlarına cavab verən tarazlaşdırılmış xarici siyasətin yürüdülməsinə uğurla nail olub. V.Hüseynov bildirib ki, hər il çoxsaylı şəxs Azərbaycan vətəndaşlığını əldə etmək üçün müraciət edir. Bunun da əsas səbəbi təbii ki, ölkəmizin sürətli inkişafı, artan iqtisadi qüdrətidir.
Sonra vətəndaşlığa qəbul və bərpa edilmiş 343 nəfər təntənəli şəkildə Azərbaycanın dövlət bayrağı önündə Konstitusiyaya əl basaraq, dövlət dilində ölkəmizə sadiq olacaqları barədə and içiblər.
Tədbir dövlət himninin səsləndirilməsi ilə yekunlaşıb.
Sonda xatirə şəkli çəkilib.
Femida.az
Oxunub: 1759
Oxşar xəbərlər
- Macarıstan Ukraynadakı vəziyyətə görə immiqrasiya siyasətini dəyişməyəcək
- Regionda miqrasiya mövzusunda maarifləndirmə aparılıb
- Bakı şəhər regional miqrasiya baş idarəsi yaradılır
- Qanunsuz miqrasiyaya görə 7 nəfər təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilib
- Miqrasiya Xidmətinin rəisi vətəndaşların videoqəbulunu keçirdi
- Dövlət Miqrasiya Xidməti əcnəbilərə müraciət edib
- Miqrasiya Xidmətinin iyul ayına olan statistik məlumatları
- Türkiyə ilə miqrasiya məsələləri müzakirə olunub
- Azərbaycan vətəndaşı olmaq istəyənlər üçün - MAARİFLƏNDİRİCİ VİDEO
- Miqrasiya Xidmətinə üç ayda 22634 müraciət daxil olub