Yevlaxda avtomobil ağaca çırpıldı, xəsarət alan var


16:49     06 Mart 2020 2020/03/96bceecc-4387-4249-aaa2-ac96cc586adc_1583499026.jpg

Yevlax rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Femida.az -ın məlumatına görə, qəza Yevlax-Bərdə avtomobil yolunda qeydə alınıb.

Belə ki, "Hyundai" markalı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı ağaca çırpılıb. Nəticədə Yevlax rayon sakini, 1971-ci il təvəllüdlü, sürücü Hətəm İsayev müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 736