Ağcabədidə iki avtomobil toqquşub, xəsarət alan var


18:32     06 Mart 2020 20_03_06_1583500395.jpg

Ağcabədidə yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, “KamAZ” markalı, 02 BL 494 dövlət nömrə nişanlı yük maşını “Mercedes” markalı, 02 BM 034 dövlət nömrə nişanlı minik avtomobili ilə toqquşub.

Nəticədə “Mercedes”-in sürücüsü Hüseyn Kazımov ağır bədən xəsarətləri ilə Ağcabədi Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.



Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 702