Jirinovski erməniləri satqın adlandırdı - VİDEO


19:21     30 Noyabr 2015 646783.jpg

Rusiyanın Liberal-Demokratik Partiyasının lideri Vladimir Jirinovski erməniləri satqın adlandırıb.


Ötən gün Rusiya prezidenti Vladimir Putinin Türkiyəyə qarşı sanksiyalar tətbiq etməsi məsələsi ilə bağlı Rusiyanın birinci kanalında yayımlanan "Politika" verilişində müzakirələr aparılıb. Müzakirələr zamanı V.Jirinovski və "Ekspert" jurnalının üzvü Qevorq Mirzəyan arasında mübahisə yaranıb.

Yerli KİV-lərin məlumatına görə, sözünü kəsdiyinə görə, əsəbləşən Jirinovski erməniləri xəyanətkar adlandırıb: "Öz vətənlərini tərk edib başqa ölkələrdə yaşamağa gedən Ermənilər xəyanətkardırlar. Qayıdın öz vətəninizə. Yoxsa, gəlib Moskvanın yarı hissəsini tutmusunuz", - deyə partiya lideri sərt çıxış edib.

O, eyni zamanda bildirib ki, Türkiyəni erməni və kürdlər arasında bölmək lazımdır. "Ermənistanın ən böyük düşməni türklərdir, odur ki, Türkiyəni onların əli ilə vurmaq lazımdır", - deyə Jirinovski əlavə edib.

Qevorq Mirzəyan isə canlı yayımda Jirinovskini inandırmağa çalışıb ki, ermənilər satqın deyil. "Sizin dediyiniz ermənilərin Moskvaya doluşması ona görədir ki, Ermənistan müstəqil ölkə deyil, çünki Ermənistan Rusiyanın ön cəbhəsi, Rusiya isə Ermənistanın arxa cəbhəsidir. Jirinovski düz deyir, ermənilər qədər başqa heç bir xalq Rusiyada, bəlkə də, çoxluq təşkil etmir, amma bu ermənilərin öz vətəninə qarşı xəyanəti demək deyil", - deyə jurnalist bildirib.

Veriliş boyu sərt çıxışları ilə yadda qalan Vladimir Jirinovski onu da qeyd edib ki, əgər Türkiyəyə qarşı sanksiyalar tətbiq olunsa, bu, 2016-cı il üçün onlara əsl hədiyyə olar. "Onlar ən azı Rusiya turistlərini itirəcəklər, sonra ora hansı ölkənin turistləri üz tutacaq ki?! Azərbaycan, Polşa, yoxsa, Yaponiya...Onlar özləri kasıb ölkələrdir, polşalılar heç Vyanaya gedə bilmir", - deyə Vladimir Jirinovski bildirib.


Açar sözlər:

Oxunub: 1456