FHN əməkdaşları yol qəzasınd maşında sıxılı vəziyyətdə qalan şəxsi xilas edib


09:17     07 Mart 2020 20_03_07_1583558315.jpg

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Siyəzən rayonunun Yenikənd kəndində "Shachman" markalı yük avtomobili yol kənarındakı beton plitəyə çırpılıb.

FHN-dən Femida.az-a verilən məlumata görə, hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan 1 nəfəri deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Açar sözlər:

Oxunub: 573