Ağdaşda fəhlənin ölümü ilə bağlı cinayət işi başlanıb


09:51     07 Mart 2020 mehkeme_hakim.jpg

Ağdaşda fəhlənin faciəli şəkildə ölümü ilə bağlı cinayət işi başlanıb.


Femida.az -ın məlumatına görə, hadisə ötən gün rayonun Ləki qəsəbəsində yerləşən "Kafkaz" QSC-yə məxsus Beton Zavodunda qeydə alınıb.

Zavodda fəhlə işləyən, rayon sakini Mahir Hacıyev beton qarışdıran qurğunun içinə düşərək ölüb.



Faktla bağlı Ağdaş rayon Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 162.2-ci ( əmək mühafizə qaydalarını pozma, zərərçəkmişin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin olunub.

Açar sözlər:

Oxunub: 660