Miqrasiya Xidməti işçiləri üçün ingilis dili kursu təşkil edib


10:15     07 Mart 2020 20_03_07_1583561779.jpg


Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin (DMX) Aparatında və sisteminə daxil olan qurumlarda çalışan işçilərin xarici dil biliklərinin təkmilləşdirilməsi məqsədilə ingilis dili kursu təşkil edilir.


DMX-dən Femida.az-a verilən məlumata görə, kurs həftədə iki dəfə olmaqla iki ay müddətinə nəzərdə tutulub. İnteraktiv formada keçirilən dərslər mövcud dil bazasının möhkəmləndirilməsinə xidmət edir.

Qeyd edək ki, yanvarın 21-dən martın 13-nədək davam edəcək kursda 17 xidmət əməkdaşı iştirak edir.

Femida.az

Açar sözlər: #DMX   #miqrasiya  

Oxunub: 638