Xaçmazda elektrik enerjisinin verilişi bərpa edilib


11:33     07 Mart 2020 2020/03/6cd27c37-5ff1-4a4f-b9b8-69a49e33ed55_1583566445.jpg

Ötən gecə Xaçmaz rayonu ərazisində başlayan güclü külək qabaqlayıcı tədbirlərin görülməsinə baxmayaraq, rayonun elektrik enerjisi təsərrüfatına ciddi ziyan vurub.


Bunu Femida.az- a açıqlamasında “Azərişıq” ASC-nin Mətbuat Xidmətinin rəhbəri Tanrıverdi Mustafayev deyib.

T.Mustafayevin sözlərinə görə, "Azərişıq" əməkdaşları gecə boyunca qəzanın nəticələrini aradan qaldırmaqla məşğul olub: "Əməkdaşlarımızın səyi nəticəsində Xaçmaz rayonunu Dədəli kəndi istisna olmaqla bütün ərazilərində elektrik enerjisinin verilişi bərpa olunub. Yaxın dəqiqələrdə Dədəli kəndinə də elektrik enerjisinin verilişi bərpa olunacaq".

Açar sözlər:

Oxunub: 520