ÜST-ün baş katibi Azərbaycan hökumətinə təşəkkür etdi


12:13     07 Mart 2020 20_03_07_1583567909.jpg

Ümumdünya Səhiyyə Təşkilatının baş katibi Tedros Adanom Qebreisus Azərbaycana təşəkkür edib.


Femida.az xəbər verir ki, o, tvitterdə Azərbaycan hökumətinə tvit ünvanlayıb:


“Azərbaycan xalqı və hökumətinə koronavirusla bağlı maliyyə yardımı üçün təşəkkür edirik. Həmrəyliyinizə görə minnətdarıq. Daha təhlükəsiz bir dünya üçün həmişə birlikdə!”

Xatırladaq ki, Azərbaycan koronavirusla mübarizə məqsədilə Ümumdünya Səhiyyə Təşkilatına 5 milyon dollar yardım edib.

Açar sözlər:

Oxunub: 604