Mart ayı üzrə pensiyaların ödənilməsinə başlanıldı
12:50 07 Mart 2020
"Mart ay üzrə bütün pensiya, müavinət və təqaüdlər Novruz bayramına qədər ödənəcək".
Femida.az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov deyib.
Onun sözlərinə görə, Novruz bayramı ilə əlaqədar mart ayı üzrə pensiya, müavinət və təqaüdlərin qrafikdə nəzərdə tutulduğundan əvvəl, bayrama qədərki dövrdə ödənilməsi təmin olunacaq: "Pensiyaların ödənişinə artıq başlanılıb və Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu, Naxçıvan MR üzrə pensiyalar vətəndaşların hesablarına köçürülüb.
Növbəti iş günlərində bu proses digər bölgələr üzrə davam edəcək və martın 19-dək bütün növ pensiyaların ölkə üzrə ödənişi başa çatacaq.
Həmçinin müavinət və təqaüdlərin də yaxın günlərdə qrafikdən əvvəl ödənişinə başlanması və həmin ödənişlərin də Novruz bayramına qədər həyata keçirilməsi nəzərdə tutulub".
Oxunub: 629
Oxşar xəbərlər
- Martın 19-u iş günüdürmü? - RƏSMİ
- Martda 13 gün iş olmayacaq
- Martda 14 gün iş olmayacaq
- Martda nikaha girmək istəyən 15 nəfərdə QİÇS aşkarlanıb
- Martın 15-dən SMS-icazə bərpa ediləcək? — Operativ Qərargahdan açıqlama
- Martın 8-də Azərbaycan ərazisində ictimai nəqliyyatın hərəkəti dayandırılacaq
- Martın 13-dən Kiyevdən Bakıya uçuşlar bərpa olunacaq
- Martın 1-dən Azərbaycan vətəndaşları Gürcüstana yeni qayda ilə daxil olacaq
- Mart-iyun aylarında keçilməli olan mövzular qəbul imtahanından çıxarıldı
- Mart ayı üzrə pensiyalar vaxtından əvvəl verildi