Bakıda kişi qardaşı ilə birləşərək arvadını qətlə yetirib
13:23 07 Mart 2020
Martın 6-da Xəzər rayonunun Şüvəlan qəsəbəsi ərazisində yerləşən daş karxanasında Məhəmmədi qəsəbəsində yaşayan Zərnişan Hacıyevanın, Sabunçu rayonunun Maştağa qəsəbəsi ərazisində isə Natiq Talıbovun qətlə yetirilən meyitlərinin tapılmaları barədə Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzinə məlumatlar daxil olub.
DİN-in Mətbuat Xidmətindən Femida.az-a verilən məlumata görə, dərhal polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.
Təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qətlin münaqişə zəminində Z.Hacıyevanın əri A.Hacıyev və onun qardaşı tərəfindən törədilməsi müəyyən edilib.
S.Hacıyev polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilmişdir. Digər şəxsin tutulması üçün əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Faktla bağlı cinayət işi başlanılıb.
Femida.az
Oxunub: 861
Oxşar xəbərlər
- Tərtər sakini qohumunu qətlə yetirib
- Bakı sakini küçədə əmisini qətlə yetirib
- Tərtərdə bacısını qətlə yetirməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır
- Bakıda tanışını qətlə yetirməkdə təqsirləndirilən şəxsin istintaqı başa çatıb
- Bakıda Vətən müharibəsi iştirakçısını qətlə yetirən şəxs həbs edilib
- Ermənistanda qətl, oğurluq, quldurluq, qarət artıb
- Bakıda 2 il əvvəl törədilmiş qətlin üstü açılıb
- Gürcüstanda qətl törədən azərbaycanlı gənc saxlanılıb
- Gəncədə tanışını qətlə yetirməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır
- Ağcabədidə qardaş bacısını qətlə yetirib