Ərindən xəbərsiz qızılları “Lombard”a qoyan qadın polisə yalan məlumat verdi
16:24 07 Mart 2020
Daxili İşlər Nazirliyinin (DİN) “102” Zəng Mərkəzinə Hövsan qəsəbəsi ərazisində quldurluq faktı barədə müraciət daxil olub.
DİN-in Mətbuat Xidmətindən Femida.az-a verilən məlumata görə, qəsəbə sakini olan qadın martın 1-də saat 20 radələrində yaşadığı evə girən 2 nəfərin onu yumruqla vurub əllərini iplə bağlayaraq oradan 2150 manat, 2000 ABŞ dolları və 3000 manat dəyərində qızıl-zinət əşyalarını apardıqlarını bildirib.
Müraciətlə əlaqədar dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.
Bakı şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi və Suraxanı RPİ-nin əməkdaşları tərəfindən aparılan araşdırmalarla qadının quldurluq faktı barədə verdiyi məlumat təsdiqini tapmayıb.
O, izahatında qızıl əşyalarını ərindən xəbərsiz lombarda verməsini etiraf edib.
Femida.az
Oxunub: 768
Oxşar xəbərlər
- Aİ Rusiya qızılının ixracına qadağa qoyub
- Azərbaycan hərbçiləri Zod qızıl mədənindən görün nə tapdılar: Ermənilərin...
- Avstraliya Rusiyadan qızıl idxalını qadağan edib
- Binə sakininə hədə-qorxu gələrək qızıl-zinət əşyalarını alan şəxs saxlanılıb
- Britaniya, ABŞ, Kanada və Yaponiya Rusiyadan qızıl idxalına qadağa qoyub
- Qaxda evdən 11 min manatlıq qızıl oğurlayan qardaşlar saxlanılıb
- Ağdamda evlərdən qızıl oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
- DGK külli miqdarda qızıl-zinət əşyalarının ölkədən çıxarılmasının qarşısını alıb
- Azərbaycanda oyuncaq tapança ilə mağazaya basqın olub, 45 min manatlıq qızıl aparılıb
- Azərbaycanın daha bir sərbəst güləşçisi qızıl medal qazanıb