Tibbi maskalar gömrük rüsumundan azad edildi
18:17 07 Mart 2020
Nazirlər Kabineti “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edilməsi barədə” qərar verib.
Nazirlər Kabinetinin mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, Nazirlər Kabinetinin 2020-ci il 30 yanvar tarixli 35s nömrəli Sərəncamı ilə “Azərbaycan Respublikasında yeni koronavirus (2019-nCoV) infeksiyasının yayılmasının qarşısının alınmasına dair Fəaliyyət Planı” təsdiq edilmişdir və buna uyğun olaraq bir sıra tədbirlər həyata keçirilir.
Bununla yanaşı, koronavirus infeksiyasının Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması, profilaktik və təxirəsalınmaz tədbirlərin operativ həyata keçirilməsi məqsədilə Nazirlər Kabinetinin yanında aidiyyəti dövlət qurumlarının nümayəndələrindən ibarət qərargah yaradılıb. Koronavirus infeksiyasının ölkədə yayılmasının qarşısının alınması istiqamətində görülən işlər çərçivəsində vacib məsələlərdən biri də əhalinin və tibb müəssisələrinin zəruri tibbi ləvazimatlara olan tələbatının münasib qiymətlərlə ödənilməsi və bir sıra tibbi vasitələr üzrə ehtiyatların gücləndirilməsidir. Bu baxımdan, Azərbaycana xaricdən idxal olunduğu nəzərə alınaraq bu qərara əsasən baxillər, steril və qeyri-steril əlcəklər və tibbi (cərrahiyyə əməliyyatı və ya prosedur üçün) maskalar və respiratorların idxalı cari ilin iyun ayının 1-dək idxal gömrük rüsumundan azad olunub.
Femida.az
Oxunub: 802
Oxşar xəbərlər
- Tibbi xidmətlərə görə ödənilən ƏDV-ni geri almaq olacaq
- Tibbi maska istehsalı 83% artıb
- Tibbi xidmətlərin göstərilməsi üçün göndəriş vərəqəsi bu qaydada veriləcək
- Tibbi sığorta haqqının adambaşına düşən məbləği müəyyənləşdi
- Tibbi maska taxmayanların Milli Məclisin binasında hərəkəti qadağan edilib
- Tibbi maskalardan istifadə edilməməsinə görə cərimələr müəyyənləşdi
- Tibbi maskalardan təkrar istifadə düzgün deyil
- Tibbi maskadan istifadə zamanı bu qaydalara əməl olunmalıdır - VİDEO
- Tibbi maskaların qiymətinin artması ilə bağlı RƏSMİ AÇIQLAMA
- Tibbi yardımdan narazı qalan şəxs - Həkimi və tibb bacısını döydü