Çində koronavirus qurbanlarının sayı 3,1 min nəfərə çatdı


11:09     08 Mart 2020 20_03_08_1583651420.jpg

Çində son sutka ərzində koronavirusdan ölənlərin sayı 27 nəfərə çatıb.

Femida.az TASS-a istinadən xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının Gigiyena və Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsi məlumat yayıb.

Qeyd edilir ki, son gün ərzində ölkədə koronavirusa 44 nəfər yoluxub, 1,6 min insan sağalıb.

Dövlət Komitəsinin məlumatına görə, Çində ümumilikdə koronavirusa yoluxanların sayı 80,7 min nəfərə çatıb. Ölkədə bu günə kimi 57 min insan koronavirusdan sağalıb. Ötən ilin dekabrından Çinin 3 097 vətəndaşı virusun qurbanı olub.

Xatırladaq ki, koronavirus ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda epidemiya 100 ölkədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub.

Açar sözlər:

Oxunub: 695