ÜST koronavirusdan ölənlərin sayını açıqlayıb


15:27     08 Mart 2020 2020/01/koronovirus2_1580468432.jpg

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) yeni tip koronavirus xəstəliyinə yoluxma hallarına dair martın 7-nə olan məlumatı açıqlayıb.

Femida.az-ın xəbərinə görə, son 24 saat ərzində Kolumbiya, Müqəddəs Taxt-Tac, Peru, Serbiya və Toqoda koronavirus xəstəliyinə (COVlD-19) ilk yoluxma halları qeydə alınıb.

Bununla da xəstəliyin qeydə alındığı ölkələrin sayı 93-ə çatıb.

Martın 7-də dünyada 3 min 735 nəfər koronavirusa yoluxub və beləliklə dünyada koronavirusa yoluxanların sayı 101 min 927 nəfər olub.

Ötən gün Çində 102 nəfərdə virusa yoluxma aşkarlanıb və bununla da ölkədə koronavirusa yoluxanların sayı 80 min 813 nəfərə çatıb. Martın 7-də Çində 28 nəfər bu xəstəlikdən həyatını itirib. Nəticədə Çində koronavirus qurbanlarının sayı 3 min 73 nəfər olub.

Martın 7-də digər ölkələrdə isə 3 min 633 nəfər koronavirusa yoluxub, 78 nəfər ölüb. Bununla da Çin istisna ilə, digər ölkələrdə koronavirus qurbanlarının sayı 413 nəfərə çatıb.

Femida.az

Açar sözlər:

Oxunub: 749