Yevlaxda yük və minik avtomobilləri toqquşdu, xəsarət alan var


16:16     08 Mart 2020 qeza_yeni.jpg

Yevlax rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.

Femida.az-ın məlumatına görə, hadisə Aşağı Qarxun kəndində qeydə alınıb.

Yük avtomobilinin "Mercedes" markalı avtomobillə toqquşması nəticəsində minik avtomobilində olan Göyçay rayon sakini, 1996-cı il təvəllüdlü Rafael Əliyev xəsarət alıb. Yaralı xəstəxanaya yerləşdirilib, onun vəziyyətinin kafi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 715


Oxşar xəbərlər