Azərbaycandan Gürcüstana səfər edən turist itkin düşüb


11:21     09 Mart 2020 2020/03/e5467277-d38b-4386-9ee4-02c1ffbbe5a5_1583738579.jpg

Gürcüstanın Kutaisi şəhərində Niderland vətəndaşı martın 7-də itkin düşüb.

Femida.az xəbər verir ki, bu barədə onun qardaşı məlumat yayıb.

Bildirilib ki, qardaşlar restoranda şam ediblər və içkili vəziyyətdə oranı tərk ediblər. Onlardan biri mehmanxanaya qayıdıb, digəri isə qayıtmayıb. İtkin düşən şəxs telefon zənglərinə də cavab vermir.

Xarici ölkə vətəndaşının itkin düşməsi barədə polisə məlumat verilib. Onun axtarışları istiqamətində tədbirlər həyata keçirilir.

Hər iki əcnəbi Gürcüstana Azərbaycandan gedib və digər ölkəyə səfər etməyi planlaşdırıblar.

Açar sözlər:

Oxunub: 712