Hamilə qadının dəm qazından boğulması faktına dair cinayət işi başlanıb


11:58     09 Mart 2020 20_03_09_1583740782.jpg

Abşeron rayonunda qadının dəm qazından zəhərlənərək ölməsi faktı ilə bağlı cinayət işi başlanıb.

Femida.az -ın məlumatına görə, Saray qəsəbəsində 1985-ci il təvəllüdlü Allahverdiyeva Mahizər Bayraməli qızı fərdi yaşayış evində dəm qazından zəhərlənərək ölməsi faktı ilə bağlı Abşeron rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Qeyd edək ki, hadisə martın 7-də Saray qəsəbəsində qeydə alınıb. 35 yaşlı qadının hamilə olduğu bildirilib.

Açar sözlər:

Oxunub: 762