DİN Saatlıda baş verən qətllə bağlı məlumat yayıb


12:12     09 Mart 2020 20_03_09_1583741123.jpg

Daxili İşlər Nazirliyi martın 7-də Saatlıda baş vərən qətllə bağlı məlumat yayıb.

Nazirliyinin mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, rayonunun Qara Nuru kənd sakini Paşa Qardaşov kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya aparılarkən yolda ölüb.

Polis və prokurorluq orqanları əməkdaşlarının keçirdikləri təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətməkdə şübhəli bilinən həmkəndlisi, əvvəllər məhkum olunmuş F.Əliyev saxlanılıb.


Araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 751