Bakıda dəhşətli qəza - maşın qadının üzərindən keçdi - VİDEO


12:50     09 Mart 2020 20_03_09_1583741738.jpg

Qəzanın, piyadavurmanın vaxtı 5 saniyədən çox deyil

Bakıda baş vermiş piyadavurma hadisəsi kameraya düşüb. Avtosfer.az xəbər verir ki, hadisə Statistika dairəsi kimi tanınan ərazidə baş verib. Yolu təyin olunmamış yerdən keçmək istəyən piyada sürücünü çaşdırıb və nəticədə qəza baş verib.

Nəqliyyat eksperti Elməddin Muradlı hesab edir ki, piyadaların sürücüləri çaşdırması nəticəsində baş verən qəzalar az deyil. "Qəfildən yola qaçmaq, avtomobili görüb istiqamətini dəyişmək kimi hərəkətlər piyadavurma hadisələri sırasında çoxluq təşkil edir. Ən yaxşısı yerində qalmaqdır. Ən azından sürücüyə düşünmək üçün vaxt vermiş olursunuz."

E. Muradlı bildirib ki, sürücülərin bu cür vəziyyətlərdə qərar qəbul etməsi çətinləşir. "Görürsən ki, piyada yolun ortasına doğru qaçır. Bu zaman sürücü maşını sağa çəkir. Amma elə bu addımı atan kimi piyada fikrini dəyişərək geriyə qaçır. Nəticədə də qəza qaçılmaz olur."

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov bildirib ki, qəza hadisəsi bir müddət əvvəl baş versə də izləyicilər üçün ibrət ola bilər. "Ümumiyyətlə piyadalar və sürücülərin yollarda diqqətli olması vacib şərtdir. Bəzən kimsə düşünə bilər ki, beş saniyədən heç nə olmaz. Amma bilmək lazımdır ki, elə qəzanın, piyadavurmanın vaxtı 5 saniyədən çox deyil."

Vaqif Əsədov bir daha piyadaları və sürücüləri qaydalara əməl etməyə çağırıb. "Piyadalar təyin olunmamış yerdən yolu keçməsinlər. Eyni zamanda sürücünün ona yol verdiyinə əmin olsunlar. Həmçinin sürücülər də piyada keçidlərində, sağa və ya sola dönən zaman sürətə nəzarət etsinlər. Piyadalara yol versinlər. Ümud edirik ki, bu cür videolara baxandan sonra bir piyadanın həyatını xilas edə, bir sürücünü həbsdən qurtara bilərik."


Açar sözlər:

Oxunub: 842