Yeni parlament ilk dəfə toplanır


09:10     10 Mart 2020 Milli-meclis-1.jpg


Bu gün VI çağırış Milli Məclisin ilk plenar iclası keçiriləcək.


Femida.az-ın xəbərinə görə, iclasın gündəliyinə 1 məsələ - Təşkilatı məsələlər daxil edilib.

Parlamentin ilk iclasına sədriliyi ən yaşlı deputat, yəni, Fəttah Heydərov edəcək.

Milli Məclisin birinci iclasında əvvəlcə Hesablayıcı komissiya seçiləcək və bu barədə qərar qəbul edildikdən sonra Milli Məclisin Sədri və onun müavinləri seçiləcək. Bununla da Milli Məclisin növbəti çağırışının birinci iclası işini bitirəcək.

Femida.az

Açar sözlər: #parlament   #milliməclis  

Oxunub: 758