İrandan qayıdan daha iki azərbaycanlıda koronavirus aşkarlandı


09:13     10 Mart 2020 2020/03/0781c132-4744-44fd-8b1a-846cb7bfa54d_1583817261.jpg

İran İslam Respublikasından qayıdan 1966 və 1978-ci il təvəllüdlü iki Azərbaycan vətəndaşında koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb.

Bu barədə Femida.az-a Nazirlər Kabineti yanında operativ qərargahdan məlumat verilib.

Bildirilir ki, hazırda xüsusi rejimli xəstəxanalara yerləşdirilən və müşahidə altında olan pasiyentlər özlərini normal hiss edirlər, səhhətləri sabitdir.

Bundan əvvəl koronavirus infeksiyasına yoluxma faktı qeydə alındıqdan sonra xüsusi rejimli xəstəxanaya yerləşdirilmiş 1938-ci il təvəllüdlü Azərbaycan vətəndaşının səhhəti sabit-orta ağırdır, hazırda xəstə nəzarət altında saxlanılır və sağlıq durumunun yaxşılaşması üçün lazımi tədbirlər görülür.

Xüsusi rejimli xəstəxanalara yerləşdirilmiş digər pasiyentlərin vəziyyəti sabitdir.

Femida.az

Açar sözlər: #koronavirus  

Oxunub: 535