Şəmkirdəki qəza ilə bağlı FHN-dən açıqlama


12:26     10 Mart 2020 qeza_yeni.jpg

Şəmkir rayonunun Sabirkənd kəndində “Hyundai” markalı yük avtomobili və “Belarus” markalı traktor toqquşub.

Femida.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri yük avtomobilində sıxılı vəziyyətdə qalan 1 nəfəri deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Femida.az

Açar sözlər:

Oxunub: 557