Vəkil Futbol Liqasının çempionu müəyyənləşdi


12:33     10 Mart 2020 20_03_10_1583829367.jpg


Azərbaycan Respublikasının Vəkillər Kollegiyası tərəfindən ölkə ictimaiyyəti arasında vəkil peşəsinin nüfuzunun qaldırılması, xüsusilə vəkil idmanın - vəkil futbolunun təvşiqi məqsədilə çoxsaylı mədəni və sosial tədbirlər həyata keçirilməkdədir.


Femida.az xəbər verir ki, martın 7-də II Vəkil Futbol Liqasının qalibi müəyyənləşib. Son turun mərkəzi oyunu cari çempion “Advokat” komandası ilə çempionluğa iddialı “Abşeron” komandası arasında keçirilib. Oyun “Abşeron” komandasının 4:0 hesablı qələbəsi ilə başa çatıb.

Matçdan sonra kollegiya rəhbərliyi və turnirin təşkilatçıları təltifetmə mərasimində iştirak ediblər.

II Vəkil Futbol Liqasının nəticələrinə görə “Abşeron” komandası 1-ci, “Advokat” komandası 2-ci və “Ədalət” komandası 3-cü yerləri qazanıblar.

Azərbaycan Respublikasının Vəkillər Kollegiyası bundan sonra da hüquqşünaslar arasında vəkil peşəsinin təşviqi, Kollegiyanın daha da institusionallaşmasına və cəmiyyətin bu sahəyə etimadının yüksəldilməsinə xidmət edən vəkil idmanı və vəkil futbolu kimi aksiyalarına dəstək verəcəyini bildirir.





Amin Nəzərli

Femida.az

Açar sözlər: #vəkil   #futbol  

Oxunub: 2891