Parlamentin ilk iclas iclası başa çatdı


14:30     10 Mart 2020 2020/03/532157b7-cd44-434c-bf1b-36a084352274_1583836323.jpg


VI çağırış Milli Məclisin ilk plenar iclası keçirilib.

Femida.az-ın xəbərinə görə, iclası Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev açaraq deputatları təbrik edib. Bildirib ki, Milli Məclisin Daxili Nizamnaməsinin 2-ci maddəsinə görə, parlamentin ilk iclasını ən yaşlı deputat aparır və bu missiya deputat Ziyad Səmədzadəyə nəsib olub.

İclasın gündəliyinə 1 məsələ - Təşkilatı məsələlər daxil edilib.

İclasda əvvəlcə Hesablayıcı komissiya, sonra Milli Məclisin Sədri və onun müavinləri seçilib.

Prezident İlham Əliyev iclasda iştirak edib. Dövlət başçısı altıncı çağırış Milli Məclisin ilk iclasında nitq söyləyib.

Daha sonra Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.

Femida.az

Açar sözlər: #parlament  

Oxunub: 1383