Ötən il Azərbaycanda 170-dən çox bəraət hökmü verilib


15:13     10 Mart 2020 20_03_10_1583838687.jpg


2019-cu ildə Azərbaycan məhkəmələrində 170-dən çox bəraət hökmü qəbul olunub.

Bunu Femida.az-a açıqlamasında Azərbaycan Vəkillər Kollegiyasının sədri Anar Bağırov deyib.

O, bildirib ki, ölkədə məhkəmə-hüquq sitemindəki islahatlar ardıcıl şəkildə davam etdirilir:

“Məhkəmələrlə bağlı şikayətlər xeyli azalıb. Mən vəkillərlə söhbətlər zamanı da görürəm ki, indi vəkillər də məhkəmə sistemindən razılığını bildirirlər. Çünki əvvəllər məhkəmələr ictimaiyyətə açıq deyildi. Nəticədə bəzən KİV-də məhkəmələr haqqında qərəzli məlumatlar dolaşırdı. Heç kim onları təkzib etmirdi. Belə olan halda da hamı elə düşünürdü ki, məhkəmələrdə qanunsuzluq, özbaşınalıq halları var. Hazırda bütün məhkəmələrdə spiker hakim insitutu formalaşıb. Onlar müəyyən məsələlərlə bağlı məhkəmənin mövqeyini bildirirlər. Hesab edirəm ki, bu çox önəmli bir insitutdur".

"İlin əvvəlindən kommersiya və inzibati məhkəmələr fəaliyyətə başlayıb. Mart ayından etibarən vəkillər və mülki işlər üzrə digər proses iştirakçıları tərəfindən də ekspertiza təyin olunması imkanı mövcuddur. Hakim korpusunun sayı məlum olduğu kimi artırılıb. Təkcə ötən il ölkədə 170-dən çox bəraət hökmü qəbul olunub. Bu çox böyük bir rəqəmdir. O cümlədən vəkillər də bu prosesdə fəal iştirak edirlər”, - deyə Kollegiya sədri qeyd edib.

Amin Nəzərli

Femida.az

Açar sözlər: #VəkillərKollegiyası   #cinayət   #bəraət  

Oxunub: 4197