Ev almaq istəyənlər DİQQƏT! - Bu məbləğ sizə geri qaytarılacaq


16:22     10 Mart 2020 20_03_10_1583843173.jpg

Vergi Məcəlləsinə edilən son dəyişikliyə görə, mənzil alan şəxslər ƏDV-nin bir hissəsini geri ala biləcək.

Femida.az xəbər verir ki, mövzunu vergi hüququ üzrə ekspert Sirac Piriyev şərh edib:

"Vətəndaşlar üçün maraqlı yenilik isə bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən alınan yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilən ƏDV-nin müəyyən hissəsinin geri qaytarılması ilə bağlıdır. Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin 30 faizlik hissəsi geri qaytarılacaq".



Misal: Tutaq ki, fiziki şəxs bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxsdən 236.000 manat (ƏDV ilə) məbləğində ev alır. Bu zaman həmin məbləğin ƏDV hissəsi 36.000 manat ( 236.000 x 18/118) olduğu üçün vətəndaşa geri qaytarılmalı olan ƏDV məbləği 10.800 manat (36000,0 x 30 %) təşkil edəcək.

Femida.az

Açar sözlər: #vergi   #hüquq  

Oxunub: 2697