Bakıda tanınmış tarzənin avtomobilini qarət edən şəxs saxlanıldı


20:05     10 Mart 2020 hebs4.jpg

Yanvarın 12-i günorta saatlarında Səbail rayonu T.Elçin küçəsində “Tayota” markalı avtomobildən açıq qapıdan daxil olmaqla Humay Qədimovaya məxsus içərisində 3500 manat pul kisəsinin oğurlanmasına görə polisə müraciət daxil olub.

Bu barədə Femida.az -a Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, həmin müraciət üzrə Bakı ŞBPİ Cinayət-Axtarış İdarəsi, Səbail Rayon Polis İdarəsinin (RPİ) Cinayət-Axtarış Şöbəsi, 9-cu Polis Bölməsi və Neftçala Rayon Polis Şöbəsinin birgə keçirdiyi intensiv əməliyyat-axtarış tədbirləri ilə Cinayət Məcəlləsinin (CM) 177-ci (oğurluq) maddəsi ilə axtarışda olan olan 1993-cü il təvəllüdülü Nurəddin Qarayev saxlanılaraq instintaqa təhvil verilib.

İlkin araşdırmalar zamanı müəyən olunub ki, o, fevralın 11-də Xətai rayonu, Telnov küçəsində “Tayota” markalı avtomobildən eyni usulla 1200 manat dəyərində noutbuku oğurlayıb.

Onun barəsində Səbail RPİ İstintaq şöbəsində CM-nin müvafiq maddələri ilə cinayət işi açılıb. Şübhəli şəxs ətrafında əməliyyat-axtarış, əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Qeyd edək ki, H.Qədimova tanınmış tarzəndir.

Açar sözlər:

Oxunub: 747