AŞ PA bütün tədbirlərini təxirə saldı


17:13     10 Mart 2020 big_1412584926_aspa.jpg

Avropa Şurası Parlament Assambleyası (AŞ PA) bütün tədbirləri və əməkdaşlarının ezamiyyətlərini qeyri-müəyyən müddətədək təxirə salıb.


Femida.az-ın məlumatına görə, bu qərar koronavirus təhlükəsi ilə əlaqədar verilib.

Qeyd olunur ki, AŞ PA-nın iclasları, eləcə də qurumun alt komitələrinin tədbirləri təxirə salınan tədbirlər sırasında yer alıb.

Bundan əvvəl Avropa Şurasının Venesiya Komissiyasının iclasları təxirə salınmışdı.

Femida.az

Açar sözlər:

Oxunub: 618