Velosipedçini maşın vurub öldürdü


17:41     10 Mart 2020 qeza_velosiped_045.jpg

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.


Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, martın 9-da saat 23 radələrində Sabunçu rayonunun Maştağa qəsəbəsi ərazisində qəsəbə sakini M.Nəbiyev idarə etdiyi "Khazar" markalı avtomobillə yolun kənarı ilə velosiped sürən həmyerlisi Aydın Ağayevi vurub. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş A.Ağayev martın 10-da orada ölüb.

Sabunçu Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 717