Azərbaycan hökuməti manatın məzənnəsini qorumaqda israrlıdır


19:08     10 Mart 2020 2019/11/eli-esedov_1573023641.jpg

Azərbaycan hökuməti dünya bazarında neftin kəskin ucuzlaşmasının tədiyə balansına təsirlərinin proqnoz ssenarilərini hazırlayıb.


Femida.az xəbər verir ki, bu barədə Nazirlər Kabinetində Baş Nazir Əli Əsədovun sədrliyi ilə keçirilmiş müşavirədə bildirilib.

Qeyd olunub ki, zərurət olarsa, bu ssenarilərə uyğun sabitləşdirici tədbirlər paketi həyata keçiriləcək.

“Neft bazarında və qlobal iqtisadiyyatda baş verən hadisələrə qarşı ölkə iqtisadiyyatının kifayət qədər yüksək maliyyə immuniteti və təhlükəsizlik “yastığı” mövcuddur. 2019-cu ilin yekunlarına görə, strateji valyuta ehtiyatlarımız ÜDM-in 100%-ni ötür, valyuta ehtiyatları xarici dövlət borcunu 6 dəfə üstələyir.

Valyuta bazarında sabitliyin və manatın məzənnəsinin qorunması məqsədilə zəruri tədbirlər görülməsi üçün bütün imkanlar var. Həm monetar, həm də iqtisadi siyasətin digər istiqamətləri üzrə nəzərdə tutulan tədbirlər inflyasiyanın hədəflənən səviyyədə saxlanılmasını təmin edəcək”, - deyə müşavirədə bildirilib.

Femida.az

Açar sözlər:

Oxunub: 707