“Dəniz Mall”un açılışı təxirə salınıb
19:07 10 Mart 2020
“Dəniz Mall”un açılışı qeyri-müəyyən vaxtadək təxirə salınıb.
“Dəniz Mall” Ticarət Mərkəzindən Femida.az-a verilən məlumatda bildirilir ki, Nazirlər Kabineti yanında operativ qərargah ictimaiyyət üçün 10 mart tarixli açıqlamasında ayrı-ayrı qurumlar və vətəndaşlara yönəlik çağırış və tövsiyələr edib.
“Bu çağırışdan irəli gələrək, eyni zamanda koronavirusun yayılmasının qarşısının alınması sahəsində dövlətin həyata keçirdiyi tədbirlərə dəstək olaraq “Dəniz Mall”un 12 mart tarixinə planlaşdırılan açılışı qeyri-müəyyən vaxtadək təxirə salınıb. Yeni açılış tarixi barədə əlavə məlumat veriləcək”, - deyə məlumatda bildirilir.
Qeyd edək ki, operativ qərargah koronavirusa yoluxma hallarının qarşısının alınması baxımından ayrı-ayrı qurumları yaxın müddətdə hər-hansı kütləvi tədbir keçirməməyə, artıq təyin olunan tədbirlərin tarixini dəyişdirməyə çağırıb, vətəndaşlara qapalı və adamların sıx toplaşdığı məkanlardan uzaq olmağı tövsiyə edib.
Femida.az
Oxunub: 1137
Oxşar xəbərlər
- Məşhur idmançılar Prezidentə müraciət etdi +VİDEO
- Şuşanın adını daşıyan "Xarı Bülbül" komandası dağılır - Sponsor niyə tapılmır?
- "Valideynlər məktəbli formalarını istədikləri satış məntəqələrindən ala bilərlər" - DİREKTOR
- Heydər Əliyevin mühafizəçisi nələri danışdı? - VİDEO
- Bu gün Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyidir
- Ermənilər əsgərimizə görün nə edib - 18+VİDEO
- Mətbuatda şikayəti yayımlanan vətəndaş niyə həbs olunub? - DİN-DƏN AÇIQLAMA
- Hesablama Palatası AzTV-də yoxlamalara başlayıb
- Fazil Mustafa harada güllələnib? - ƏRAZİDƏN VİDEO
- Mingəçevir evdə qadın meyiti tapılıb