2 hakimin səlahiyyətlərinə xitam verilib - 7 nəfər vəzifədən azad olunub


19:22     10 Mart 2020 mehkeme_hakim.jpg

Ötən il Məhkəmə-Hüquq Şurasında “Korrupsiyaya qarşı mübarizə və məhkəmə monitorinqi”, “İnformasiya texnologiyaları və innovasiyalar” sektorları təsis edilib.


Femida.az xəbər verir ki, bu barədə Şuranın iclasında bildirilib.

Qeyd olunub ki, “Qaynar Xətt” yaradılaraq, 2500-dək müraciətə baxılıb, 50-dən çox məhkəmədə monitorinq aparılıb. Aşkar edilən pozuntular hakimlərin və məhkəmə sədrlərinin diqqətinə çatdırılıb, daha kobud pozuntularla bağlı isə intizam icraatları başlanılıb. Yol verilən nöqsanların yerində aradan qaldırılması məqsədilə hər həftə məhkəmələrdə qəbulların keçirilməsi təcrübəsi yaradılıb.

Ümumiyyətlə, ötən il fəaliyyətlərində nöqsan və qanun pozuntularına yol verdiklərinə, o cümlədən korrupsiya hüquqpozmalarına şərait yaratdıqlarına görə 48 hakim intizam məsuliyyətinə cəlb edilib, 2 nəfərin səlahiyyətlərinə xitam verilib, 7 nəfər tutduğu vəzifədən azad olunub. 18 hakimin səlahiyyət müddəti uzadılmayıb. Məhkəmə səhvlərinin aradan qaldırılmasında hakimlərin tədrisinin əhəmiyyəti nəzərə alınaraq, Ədliyyə Akademiyası ilə birgə 50-dən çox tədris tədbiri keçirilib.

Femida.az

Açar sözlər: #məhkəməhüquq   #ədliyyə  

Oxunub: 960


Oxşar xəbərlər