Müəllimlərin əməkhaqqısı ilə bağlı nazirdən AÇIQLAMA


09:08     11 Mart 2020 2018/04/ceyhun-bayramov_1524489746.jpg

"İşçinin günahı olmadan hər hansı bir fasilə yaranarsa, həmin müddət üçün əməkhaqqının ödənilməsi Azərbaycan qanunvericiliyində nəzərdə tutulub".


Femida.az xəbər verir ki, bunu Təhsil naziri Ceyhun Bayramov AzTV-nin efirində koronavirus təhlükəsi ilə bağlı tədrisi dayandırılan bütün təhsil müəssisələrində çalışan işçilərə bu müddət ərzində əməkhaqqlarının ödənilməsi qaydasından danışarkən deyib.

"Bizim insanların əməkhaqqlarının vaxtı-vaxtında hesablanması və ödənilməsi hər zaman ölkə başçısı tərəfindən bütün qurumların qarşısında qoyulan ən ümdə məsələlərdəndir.

Ona görə də hesab edirəm ki, əməkhaqqlarının vaxtı-vaxtında hesablanması və ödənilməsi ilə bağlı heç bir problem olmayacaq. Həm hesablanacaq, həm də vaxtında ödəniləcək", - deyə Təhsil naziri bildirib.

Açar sözlər:

Oxunub: 597