Meyiti əmisi oğlunun evində aşkarlandı


09:11     11 Mart 2020 meyit.PNG

Şabran sakini dəm qazından boğulub.


Femida.az-ın məlumatına görə, hadisə rayonun Ağbaş kəndində qeydə alınıb.

Kənd sakini, 1974-cü il təvəllüdlü Quliyev Müşviq Xanverdi oğlu əmisi oğlu Daşdəmir Quliyevə məxsus evin həyətindəki hamamda dəm qazından boğularaq ölüb.

Faktla bağlı Şabran rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (Səhlənkarlıq, zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işi başlanıb.

Femida.az

Açar sözlər:

Oxunub: 670