Doqquz illik bazadan kolleclərə ərizə qəbulu başa çatır


09:32     11 Mart 2020 2019/01/dim_yeni_1548059111.jpg

Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə ərizələrin qəbulu bu gün saat 23:59-da başa çatacaq.


Dövlət İmtahan Mərkəzindən Femida.az-a verilən xəbərə görə, abituriyentlər ekabinet.dim.gov.az internet səhifəsində "Şəxsi kabinet" yaratdıqdan sonra şəxsi kabinetinin istifadəçi adı və parolundan istifadə etməklə Dövlət İmtahan Mərkəzinin müvafiq internet səhifəsinə (eservices.dim.gov.az/erizetex/erize) daxil olub, "Abituriyentin elektron ərizəsi" formasını doldurur və ərizəni təsdiq edirlər. Ərizələrini Sənəd Qəbulu Komissiyalarında təsdiq etdirməli olanlar saat 17:00-dək müvafiq komissiyaya yaxınlaşmalıdırlar.

11 mart saat 09:10-a olan məlumata əsasən, 17562 (Azərbaycan bölməsi -17019; rus bölməsi -543) abituriyent ərizəsini təsdiq edib.

Femida.az

Açar sözlər:

Oxunub: 687