Dələduzluqda ittiham olunan qadına bəraət verilib


11:14     11 Mart 2020 hokm%20ceza%20mehkeme_yeni.jpg

Səbail rayon Məhkəməsində dələduzluqda və saxta sənədlərdən istifadə etməkdə təqsirləndirilən Nelli Səmədovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.



Femida.az-ın məlumatına görə, keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, Nelli Səmədova barəsində bəraət hökmü çıxarılıb. Hökmdən narazı qalan zərərçəkmiş şəxs apelyasiya şikayəti verib. Şikayət Bakı Apelyasiya Məhkəməsində hakim Əflatun Qasımovun icraatında araşdırılıb.

İttihama görə, N. Səmədova tanışı Svetlana Hüseynovanın etibarından sui-istifadə edərək ona qarşı dələduzluq edib.

Zərərçəkmişin şikayəti ilə N. Səmədova saxlanılıb. Ona Cinayət Məcəlləsinin 178-ci (dələduzluq), 320-ci (saxta sənədlərdən istifadə etmə) maddələri ilə ittiham verilib.

Femida.az

Açar sözlər:

Oxunub: 1013